8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Mateus Silva: “İndi “Bayer” yox, “Qəbələ” və “Neftçi” barədə düşünürük”

“Sumqayıt”a qarşı yaxşı oyun nümayiş etdirdiyimizi düşünürəm. Matç boyu nizam-intizama riayət etdik. Məşqdəki planlarımızı bugünkü matçda həyata keçirə bildik. Qalib gəldiyimiz üçün sevinirəm”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın müdafiəçisi Mateus Silva Azərbaycan Premyer Liqasının 24-cü turunda “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

O, “Braqa” ilə matçdan fərqli olaraq bugünkü görüşü 700-800 azarkeşin izləməsinə görə təəssüfləndiyini bildirib: “Təbii ki, cümə axşamı ilə müqayisədə bugünkü matçda azarkeş baxımından böyük fərq var. Belə olmasını istəmərəm. Azarkeşlərə səslənirəm ki, stadiona gəlsinlər, bizi dəstəkləsinlər. Azarkeş çox olanda stadiondakı ab-hava da tam başqa olur”.

Braziliyalı müdafiəçi hazırda “Bayer” barədə düşünmədiklərini vurğulayıb: “Bayer”ə qədər hələ oyunlarımız var. İlk növbədə həmin matçlara köklənməliyik. Təbii ki, Leverkuzen təmsilçisi ilə görüşə də ciddi hazırlaşacağıq. Rəqib hər nə qədər güclü olsa da, yaxşı oyun sərgiləməyə çalışacağıq”.

M.Silva qeyd edib ki, təqvimin sıxlığı onları qorxutmur: “Həftə arası çempionatda “Qəbələ” ilə, həftə sonu isə “Neftçi” ilə oyunumuz var. Baş məşqçimiz artıq bunların planlamasını hazırlayıb. Görürsünüz ki, bugünkü matçda da heyətdə rotasiya edilmişdi. Növbəti qarşılaşmalarda da belə olacaq. Ona görə də düşünmürəm ki, təqvimin sıxlığı bizə çətinlik yaratsın”.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31