9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Azər Bağırov: “Ləğv edilən penaltidən sonra uşaqlar “sındı”

"Zirə"ni təbrik edirəm. Birinci hissədə istədiyimizi edə bildik, mübarizə apardıq. Oyunun 60-cı dəqiqəsində oyundan düşdük və məğlub olduq. Toparlanıb, qarşıdakı oyunlara köklənmək lazımdır".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 24-cü turunda "Zirə"yə 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, "matçın qırılma anı penalti qərarının dəyişdirilməsi oldu?" sualına belə cavab verib: "Son dönəmlərdə əleyhimizə, leyhimizə o qədər qərarlar görürük ki... Çoxu da əleyhimizə olur. Xətti necə çəkirlər... Ondan qabaq da qol epizodlarımız oldu. Qol vursaydıq, tam başqa cür olardı. Belə oyunları uduzanda təsir edir. Çünki ilk yarıda istədiyimizi edirdik".

Mütəxəssis daha sonra söyləyib: “Əlbəttə,"Zirə"nin daha istəkli olacağını nəzərə almışdıq. Üç qol epizodunu da özümüz verdik. Təyin olunub, sonra ləğv edilən penaltidən sonra uşaqlar “sındı”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31