8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Rəhman Hacıyev: “Altı aydan bir məşqçi dəyişirsənsə, çətin məsələdir”

“Demək olar ki, ilk dövrədəki matçın təkrarı idi. Məğlubiyyətə görə kimisə günahlandırmaq fikrində deyiləm. Birinci növbədə günahkar özümüzük. Amma hakim səhvləri çoxdur”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev Azərbaycan Premyer Liqasının XXII turunda “Araz-Naxçıvan”a 0:1 hesabı ilə uduzduqları oyunu şərh edərkən deyib.

O, növbəti matçlarda qələbə qazanmalı olduqlarını bildirib: “Bizə qələbə lazım idi. Heç-heçə də bizi razı sala bilməzdi. Təəssüf ki, sonda heç bir xal da qazana bilmədik. Amma bununla heç nə bitmir. Artıq növbəti oyunu düşünməliyik. Çalışmalıyıq ki, əlimizdən gələnin ən yaxşısı edib qarşıdakı bütün matçlarda qələbə qazanaq”.

30 yaşlı futbolçu növbəti turda qarşılaşacaqları “Zirə” ilə görüşə də toxunub: “Zirə” ilə oyuna qələbə üçün çıxacağıq. Bütün gücümüzü meydanda qoyacağıq. Başqa heç nə barədə düşünməməliyik. Sırf oyuna köklənməliyik. Hər qarşılaşma bizim üçün vacibdir”.

R.Hacıyev vurğulayıb ki, yeni baş məşqçi Miodraq Bojoviçin uğur qazanması üçün vaxta ehtiyac var: “Məşqçi komandaya təzə gəlib. Hamı qısa zamanda nəticə istəyir. Lakin bu, mümkün deyil. Çünki hər məşqçinin öz dəst-xətti, oyun fəlsəfəsi var. Ona uyğunlaşmaq isə üçün vaxt lazımdır. Altı aydan bir məşqçi dəyişirsənsə, çətin məsələdir. Həm məşqçiyə, həm futbolçuya bir qədər çox şans vermək lazımdır. İnanıram ki, irəlidə vəziyyətimiz daha yaxşı olacaq”. 

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31