7 May 2024, Çərşənbə axşamı
"Səbail" "Qəbələ"yə məğlub oldu
Millimizin yeni rəqibi açıqlandı
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”

Ölkə futbolu

"Qarabağ" Almeydaya, "Neftçi" azarkeşlərə görə cərimələndi

AFFA İntizam Komitəsi "Qarabağ"ın futbolçusu Riçard Almeydanı 1-i şərti olmaqla 2 oyunluq cəzalandırıb.

Futbolxeber.az saytının məlumatına görə, buna təcrübəli yarımmüdafiəçinin "Sabah"a 3:4 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçında ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alması səbəb olub.

Ağdam klubu buna görə 1500 manat cərimələnib.

"Neftçi" "Sumqayıt"la heç-heçə etdiyi cavab oyununa görə 2200 manat ziyana düşüb. "Ağ-qaralar" azarkeşlərin pirotexniki vasitədən istifadə etməsinə görə 1500, 6 oyunçusunun sarı vərəqə alması ucbatından isə 700 manat ödəyəcək. "Gənclik şəhəri" təmsilçisi də 4 futbolçusu rəsmi xəbərdarlıq aldığı üçün 700 manat cərimələnib.

Eyni cərimə "Araz-Naxçıvan"a da tətbiq edilib. Naxçıvan təmsilçisinin 4 üzvü "Qəbələ" ilə görüşdə sarı vərəqə görüb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31