7 May 2024, Çərşənbə axşamı
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Rüfət Abdullazadənin xəbərsiz olduğu statistika: “Belədirsə, nə xoş mənə...”

“Qəbələdə hava şəraiti bir qədər çətinlik yaradırdı. Buna görə də oyun çox ağır keçdi. Şükürlər olsun ki, çətinliklərin öhdəsindən gəldik və qələbə qazandıq”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Səbail”in yarımmüdafiəçisi Rüfət Abdullazadə Azərbaycan Premyer Liqasının XXII turunda “Kəpəz”i 4:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

Matçda komandasının ikinci qolunu vuran 23 yaşlı futbolçu çıxışından tam razı qalmadığını bildirib: “Düzdür, qol vurdum. Lakin bu, yetərli deyil. Daha da artırmalıyam. Məşqçi mənə şans verirsə, bundan faydalanmalıyam. Çalışacağam ki, növbəti matçlarda daha yaxşı çıxış edim”.

Maraqlıdır ki, cari mövsüm Rüfət Abdullazadənin qol vurduğu bütün matçlarda “Səbail” qələbə qazanıb. “Səbail”in futbolçusu “Kəpəz”lə matçda cari mövsüm üçüncü dəfə yaşanan bu haldan xəbərsiz olduğunu bildirib: “Belədirsə, nə xoşdur mənə... Təbii ki, fərqləndiyim üçün şadam. Lakin mən qol vurmasam da olar. Əsas odur ki, komandamız qalib gəlsin”.

O, növbəti matçda da 3 xal qazanmağa çalışacaqlarını qeyd edib: “Araz-Naxçıvan”la evdə oynayacağıq. Bizim üçün çox vacib matçdır. Əlimizdən gələni edəcəyik ki, həmin görüşdə də qalib gələk”.

R.Abdullazadə “Səbail”in 2024-cü ilə uğursuz start verməsinə də toxunub: “Hər komandada eniş olur. Nəhayət ki, “Kəpəz”lə matçda uğursuz seriyaya son qoya bildik. İnşallah ki, bir daha bu cür uğursuz seriya təkrarlanmaz. Hədəfimiz mümkün olduğu qədər turnir cədvəlinin üst pillələrində qərarlaşmaqdır”.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31