5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

"Qəbələ"də bunu bacaran 6-cı futbolçu

Bilel Auaşeriya “Qəbələ”nin tarixinə bir oyunda üç qol vuran 6-cı futbolçu kimi düşüb.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, 29 yaşlı fransalı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının 14-cü turunda fərqlənib.

Bilel “Turan Tovuz”la ev oyununda het-trikə imza atıb. O, birinci hissədə bir, fasilədən sonra iki dəfə rəqib qapısına yol taparaq “Qəbələ”nin 4:0 hesablı qələbəsində pay sahibi olub.

Ona qədər “Qəbələ”nin 5 futbolçusu bir matçda 3 qol vurub. Sonuncu het-trikə 6 il əvvəl kubok oyununda Filip Ozobiç imza atıb.

Ümumiyyətlə, 6 het-trikdən biri UEFA Avropa Liqası, üçü Premyer Liqa, ikisi Azərbaycan kubokuna təsadüf edib. Teo Uiks avrokuboklarda, Vüsal Qarayevlə Filip Ozobiç kubokda fərqlənibsə, çempionatda Bilelə qədər yalnız Fərzad Hatəmi və Baqali Dabo het-trik müəllifi olub.

Het-triklərdən 4-ü ev, 2-si səfər matçında qeydə alınıb.

Qeyd edək ki, “Qəbələ”nin futbolçularının aktivində bir penta-trik və bir poker də var. Rövşən Əhmədov birinci dəstədə 5, Vitali Balamestnı Premyer Liqada 4 qol vurmağı bacarıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31