5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

“Zirə”nin prezidenti: “Rəşad Sadıqovun millini çalışdırmaq üçün nüfuzu da var, hörməti də”

“Rəşad Sadıqov vətənini, dövlətini, bayrağını sevən adamdır. Bu, hər kəsə məlumdur”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Zirə”nin prezidenti Taleh Nəsibov Rəşad Sadıqovun adının milli komandamızın baş məşqçisi vəzifəsinə namizəd kimi göstərilməsinə münasibət bildirərkən deyib.  

Klub rəhbəri qeyd edib ki, Rəşad Sadıqov Azərbaycan millisində uğurlu fəaliyyət göstərə bilər: “Rəşad Sadıqov Azərbayan futbolunun əfsanəsidir. Millini çalışdırmaq üçün onun nüfuzu da var, hörməti də. Məşqçilik bacarığı da ortadadır. “Zirə”nin bugünkü performansı göz önündədir. Millidən təklif olsa, Rəşad yığmada uğurlu nəticələr əldə edə bilər. Həm də unutmaq olmaz ki, Sadıqov uzun illər Azərbaycan millisinin kapitanı, lideri olub”.

“Bəs Sadıqovun gedişi “Zirə” üçün ciddi itki hesab olunmayacaq?” sualını T.Nəsibov belə cavablandırıb:  “Əlbəttə, bu, ciddi itki olacaq. Amma hadisələrin gedişatını zaman göstərəcək. Təklif olsa, biz bunun qarşısını ala bilmərik. Milli komandamız hamımız üçün vacibdir. Hər birimiz amillimizin daha uğurlu çıxış etməsini istəyirik. Məncə, Rəşad Sadıqov bu vəzifəsindən öhdəsindən uğurla gələ bilər. O, uduzmağı sevmir”.

Fərəc ASLANOV

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31