5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

AFFA millinin yeni baş məşqçisi ilə bağlı İşçi Qrupu yaradır

Canni De Byazini gedişindən sonra boşalan milli komandamızın baş məşqçisi vəzifəsi ilə bağlı AFFA İşçi Qrupu yaradacaq.

Futbolxeber.az saytının məlumatına görə, bu haqda AFFA-nın baş katibi Sərxan Hacıyev jurnalistlərə açıqlama verib.

S.Hacıyev qeyd edib ki, yeni yaradılacaq İşçi Qrupu millinin baş məşqçi vəzifəsinə namizədləri nəzərdən keçirəcək: “İşçi Qrupunun üzvləri ilə bağlı hazırda heç bir məlumat yoxdur. Üzvlər tezliklə müəyyənləşəcək”.

S.Hacıyev millinin yeni baş məşqçisinin adının yanvara kimi müəyyənləşməli olduğunu bildirib: “Martda millinin oyunları başlayır. Ona görə də düşünürəm ki, matçlara 2 ay qalmış - yanvarda baş məsələsi həll ediləcək. İki ay ərzində də yeni baş məşqçi komandanı martdakı görüşlərə hazırlaşdırmalıdır”.

Yeni baş məşqçinin yerli mütəxəssis olma ehtimalı haqda sualı S.Hacıyev belə cavablandırıb: “Bu ehtimal az deyil. Lakin indidən dəqiq fikir bildirmək çətindir. Bununla belə düşünürəm ki, yeni baş məşqçi ad olaraq tanınmış deyil, mental baxımdan bizə yaxın şəxs olmalıdır”.    

Fərəc ASLANOV

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31