9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Semak "Neftçi" ilə oyunda kimlərə şans verməyəcək?

Rusiyanın "Zenit" klubunun iki futbolçusu Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri yoldaşlıq oyununda meydana çıxmayacaq.

Futbolxeber.az saytının "Sport-Express"ə istinadən verdiyi məlumata görə, bu barədə komandanın baş məşqçisi Sergey Semak açıqlamasında bildirib.

47 yaşlı mütəxəssis kolumbiyalı hücumçu Mateo Kassyerra və Aleksandr Yeroxinin zədə səbəbindən qarşılaşmada iştirak etməyəcəyini söyləyib: "Bəzi futbolçular milli komandalara gedib, zədəlilər də var. Heyəti əvəzedici komandanın bəzi üzvləri ilə tamamlayacağıq. Oradan 5-6 nəfəri səfərə aparacağıq. Mario Fernandes ümumi qrupla məşqlərə qoşulur".

Semak braziliyalı yarımmüdafiəçi Qustavo Mantuanın Bakıdakı görüşdə hücum xəttində çıxış edə biləcəyini vurğulayıb.

Qeyd edək ki, noyabrın 18-də reallaşacaq "Neftçi" - "Zenit" qarşılaşması saat 21:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31