8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Kerjakov “Neftçi” ilə oyundan danışdı

“Mən heç vaxt Bakıda olmamışam. Baxmayaraq ki, Mahaçqalada oynayanda ora maşınla getmək imkanım olub. Amma bundan istifadə etməmişəm. Xoşbəxtlikdən və ya təəssüf ki, bilmirəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zenit"in qapıçısı Mixail Kerjakov "Sport-ekspress" qəzetinə verdiyi müsahibədə bildirib.

Noyabrın 18-də Bakıda "Neftçi"yə qarşı keçiriləcək yoxlama oyunu ərəfəsində ölkəsinin mətbuatına danışan qapıçı bildirib ki, əgər vaxtları olsa Bakını gəzəcəklər: "Düşünürəm ki, çox vaxtımız olmayacaq".

Kerjakov bu ilin yayında beynəxalq turnirdə "Zenit"in "Neftçi"yə 3:1 hesabı ilə qalib gəldiyi oyunla bağlı da danışıb: "Həmin oyun çox da yadımda deyil. O zaman tribunada oturmuşdum. Kənardan görünən bu idi ki, ikinci hissədə “Neftçi” fiziki cəhətdən bir az geriləmişdi. Bakılıların da mövsümə hazırlıq dövrü idi. Görünür, onların fiziki hazırlığı heç də yüksək səviyyədə deyildi. Amma bu, normaldır. Bəzi taktiki məqamlar barədə isə heç nə deyə bilmərəm. Düzünü desəm, xatırlamıram".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31