9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Emin Mahmudov: “İsveçdəki ağır məğlubiyyətin əvəzini çıxmaq istəyirik”

“Yaxşı komandaya qarşı oynayacağıq. Rəqibin heyətində keyfiyyətli oyunçular çoxdur. Onlara mane olmağa çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu oyun göstərək”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri milli komandamızın kapitanı Emin Mahmudov sabah AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - İsveç oyunu öncəsi təşkil olunmuş mətbuat konfransında deyib.

Təcrübəli yarımmüdafiəçi sabahkı matçda yaxşı nəticə qazanmaq üçün çalışacaqlarını bildirib: “Hər matça qələbə üçün çıxırıq. Amma çətin rəqiblərə qarşı oynadığımızı da bilirik. Rəqibimiz güclü olsa da, yaxşı nəticə qazanmağa çalışacağıq. İlk oyundakı məğlubiyyət bizə pis təsir etmişdi. Çünki ilk 60 dəqiqədə top bizdə idi, hücumlar qurmağa çalışırdıq. İsveçdəki ağır məğlubiyyətin əvəzini çıxmaq istəyirik”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31