8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Azərbaycan çempionatlarında mövsümün rekordu

Azərbaycan çempionatlarında 2023/2024 mövsümünün rekordu qeydə alınıb.
 
Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, bu, II Liqanın XI turuna təsadüf edib.
 
“Göygöl” - “Şəmkir” matçı mövsümün ən məhsuldar oyunu olub.
 
Bu qarşılaşmada 10 qol vurulub. Meydan sahiblərinin 8:2 hesabı ilə qalib gəldiyi görüşə qədər mövsümün heç bir duelində qol sayı ikirəqəmli ədədlə ifadə olunmamışdı.
 
Premyer Liqa, I Liqa, II Liqa və Əvəzedicilər liqasının arxada qalan bölümünün əvvəlki rekordu 9 qolun vurulduğu iki matçda qeydə alınmışdı. Bu, II Liqanın “Kür-Araz” - “Kürmük Qax” (6:3) və “Şahdağ Qusar” – “Dinamo” (9:0) oyunlarına təsadüf edib.
 
10 və ya daha çox qolun vurulduğu son matç 2022/23 mövsümündə baş tutmuşdu. I divizionun bu il martın 30-da keçirilən “Turan Tovuz-2” – “Araz-Naxçıvan” qarşılaşmasında qonaqlar 6:5 hesablı qələbə qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31