9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Elxan Məmmədovun FİFA-nın xüsusi vörkşopunda: "Bu tədbirin keçirilməsində məqsəd..."

FIFA-ya üzv olan Avropa ölkələrinin federasiyalarının marketinq rəhbərlərinin iştirakı ilə azarkeş təcrübəsinin inkişaf etdirilməsi məqsədilə xüsusi vörkşop keçirilib. 

Futbolxeber.az saytının məlumatına görə, FIFA-nın Parisdəki qərargahında baş tutan vörkşopda futbol matçlarında azarkeşlərin gözləntiləri, kommersiya maraqlarının artırılması, fanatların müxtəlif ölkələrə səyahət etməsi mövzusunda fikir mübadiləsi aparılıb. 

Tədbirdə çıxış edən FIFA-nın Avropa milli assosiasiyalar üzrə direktoru Elxan Məmmədov vörkşopu belə dəyərləndirib:

"Vörkşopun keçirilməsində məqsəd azarkeşlərlə əlaqələrin yeni və innovativ yollarının kəşfi, futbol marketinq icması ilə daha güclü əlaqələrin qurulmasını öyrənməkdir. Vörkşopda iştirak edənlərin məqsədi azarkeş mərkəzli yanaşmanı öyrənmək, futbol təcrübəsini artırmaqdır. Şübhə etmirəm ki, üzv assosiasiyalar burada yeni ideyalar quracaq, dəyərli əlaqələr yaradacaq və azarkeşlər öz federasiyalarının kommersiya reallığına daha dərindən bələd olacaqlar. Məncə, vörkşopa toplaşanlar buranı dərin minnətdarlıq hissi ilə tərk edəcəklər".

E.Məmmədovun ardınca 2026-cı ildə keçiriləcək dünya çempionatı öncəsi ev sahibi dövlətlər olan Kanada, ABŞ və Meksika mövzu üzrə öz təcrübələrini bölüşüblər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31