8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Tiaqo Silva: “Azərbaycanda ən yaxşı qapıçı olmaq istəyirəm”

“Sabah”la oyunumuz yaxşı alındı. Düzdür, ilk hissə çox çətin keçdi. Amma rəqib azlıqda qaldıqdan sonra üstünlük bizim tərəfimizdə idi. Nəticə də ürəkaçan oldu”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Zirə”nin qapıçısı Tiaqo Silva Azərbaycan Premyer Liqasının XII turunda “Sabah” üzərində qazandıqları 1:0 hesablı qələbəni şərh edərkən deyib.

Portuqaliyalı qolkiper qeyd edib ki, hesab arasındakı fərq onlar üçün önəmli deyil: “Qələbə qazanırsansa, problem yoxdur. Fərqi yoxdur, 1:0, 2:0, yaxud 3:0. Əsas olan qələbə qazanmaqdır. Biz də bunu bacardıq”.  

O, komandasının turnir cədvəlindəki mövqeyindən də söz açıb: “Sabah”a qalib gəlməklə yenidən vahid lider olduq. Əlbəttə, zirvədə olmaq çox xoşdur. Lakin bunun ardını gətirməliyik ki, bu da heç də asan olmayacaq”.  

23 yaşlı qapıçı növbəti turda qarşılaşacaqları “Qəbələ” ilə matça da toxunub: “Qəbələ”nin mövqeyi turnir cədvəlində yaxşı deyil. Lakin onlar zəif rəqib deyillər. Yaxşı da heyətləri var. İlk dövrədə səfərdə bu komandaya uduzmuşduq. İndi qalib gəlmək vaxtıdır. 3 xal qazanmaq üçün əlimizdən gələni edəcəyik”.  

12 turdan sonra çempionatın ən etibarlı qapıçısı olan Tiaqo Silva bildirib ki, məqsədi ən yaxşı olmaqdır: “Hazırkı durumumdan çox məmnunam. Azərbaycanda özümü yaxşı hiss edirəm. Klubda da hər şey ürəyimcədir. Geridə qalan 12 tur ərzində çıxışımdan narazı deyiləm. Məqsədim elə bu tepmdə də davam etmək, daha da inkişaf etməkdir. Azərbaycanda ən yaxşı qapıçı olmaq istəyirəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31