8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Otto Con: “Səbail”lə oyunun taleyini ilk hissədə həll etməliydik”

“Çox çətin oyun alındı. Yaxşı çıxış etsək də, yekunda xalsız qaldıq və bu nəticə bizi heç cür razı salam bilməz”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Turan Tovuz”un hücumçusu Otto Con Azərbaycan Premyer Liqasının XII turunda “Səbail”ə 1:2 hesabı ilə uduzduqları oyunu şərh edərkən deyib.

Nigeriyalı forvard qeyd edib ki, matçın taleyini ilk hissədə həll etməli idilər: “Qarşılaşmaya yaxşı başladıq. Hissənin ortalarında hesabı açdıq. Bundan sonra üstünlüyümüzü artırmaq üçün şanslarımız oldu. Təəssüf ki, onları dəyərləndirə bilmədik. Halbuki artıq ilk hissədə oyunun taleyini həll etməliydik. Vaxtında ikinci qolu vursaydıq, rəqib heç cür toparlana bilməyəcəkdi”.

O.Con “Səbail” - “Turan Tovuz” oyununun ən çox müzakirə olunan epizoduna – Səlahət Ağayevin cərimə meydançasından kənarda əllə oyuna görə qırmızı deyil, sarı vərəqə almasına da toxunub: “Məncə, hakim o epizodda qırmızı vərəqə verməli idi. Özü də gedib VAR-da epizodun təkrarına baxdı. Amma bu barədə çox danışmaq istəmirəm. Çünki meydanda mən öz işimi görürəm, hakim də öz işini”.

25 yaşlı futbolçu növbəti turda “Sabah”a qarşı matçın onlar üçün çətin keçəcəyini bildirib: “Həftə ərzində bu oyuna hazırlaşacağıq. “Sabah”la qarşılaşma da çox çətin keçəcək. R  əqib güclüdür. Bununla belə, doğma meydanda oynayacağıq və azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.  

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31