8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Aydın Bayramov: "Penalti qərarı doğru idi"

"Çətin oyun olacağını bilirdik. Bütün həftəni bu oyuna hazırlaşmışdıq. İlk hissədə əlimizə düşən qol epizodlarından istifadə edə bilmədik. İstifadə etsəydik, hesab belə olmazdı". 

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Turan Tovuz"un qapıçısı Aydın Bayramov Azərbaycan Premyer Liqasının XII turunda "Səbail"ə 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Jurnalistlərin suallarını cavablandıran qolkiper ilk hissədə rəqib həmkarı Səlahət Ağayevin sarı vərəqə aldığı epizoda belə münasibət bildirib: "Hələ ki epizodun təkrarına baxmamışam. Buna hakimlər qərar verir. Əgər video təkrara baxıblarsa, deməli, düzgün qərar veriblər. Dəqiq olaraq epizoda baxandan sonra nəsə deyə bilərəm. Amma bilirəm ki, belə epizodlarda top ələ dəyibsə, qırmızı vərəqədir".

Bayramov penaltini epizoduna qısaca belə şərh verib: "Penalti idi".

Qolkiper rəqibin fərqləndiyi ilk epizodda bəxtinin gətirmədiyini bildirib: "Birinci qolda top ikimizin arasında qaldı. Ayağımın yanından keçib qapıya daxil oldu. Rəqibin bəxti gətirdi, mənim isə yox".

O, bu mövsüm komandasının qeyri-stabil oynaması fikri ilə razılaşmayıb: "Mən belə deməzdim. Qələbələrimiz də var. Biz avrokuboklar uğrunda oynayan komanda deyilik. Sadəcə üst pillələr uğrunda mübarizə aparırıq". 

Bayramov "Turan Tovuz"un səfər komanası olması fikrini də qəbul etməyib: "Belə deməzdim. Axırıncı iki oyunda bu fikrin əksini sübut etmişik. Projektorlar quraşdırıldıqdan sonra öz meydanımızda daha rahat oynayırıq. Daha əvvəl hava şəraiti orda oynamaq bizi sıxırdı". 

O, növbəti turda "Sabah"a qarşı keçirəcəkləri matçdan da söz açıb: "Bu matça hazırlaşmaq üçün bir həftə var. Rəqibi ilk matçda səfərdə məğlub etmişik, ona görə də "Sabah" bu oyuna aqressiv hazırlaşacaq. Azarkeşlərimiz qarşısında qələbə qazanmaq istəyirik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31