9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Ayxan Abbasov: “Hakimlik bərbaddır, günü gündən də pisləşir”

“Maraqlı oyun oldu. Matçın belə gərgin keçəcəyini bilirdik. Hər şeyi kənara qoysaq, ilk növbədə Ağabalaya görə üzgünük. Allah ona şəfa versin”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XII turunda “Səbail”ə 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O bildirib ki, qorxduqları başlarına gəlib: “Birinci hissədə oyunun taleyi həll oluna bilərdi. Təəssüf ki, qol epizodlarından istifadə edə bilmədik. Fasilıdə futbolçulara ilk 5 dəqiqədə diqqətli olmağı tapşırdıq. Təəssüf ki, qorxduğumuz epizodlardan qol buraxdıq. Penalti epizodu bir qədər maraqlı idi”.

A.Abbasov hakimlikdən narazılığını ifadə edib: “Hakimlik bərbad idi. Azərbaycanda yeni qaydalar çıxır. Eşitdiyimə görə, 17 qayda var, bizdə isə deyəsən 18-dir. Birinci hissədə epizodda hakim niyəsə Səlahətə sarı vərəqə verdi. Hakimlik bərbaddır, günü gündən də pisləşir. İkinci yarıda rəqib müdafiəyə oturdu. Amma günah özümüzdədir. Birinci hissədə yaxaladığımız şansları dəyərləndirməliyik”.

Mütəxəssis qeyd edib ki, komandasına qarşı qərəzlər çoxdur: “Hakimlərin özləri də qaydaları bilmirlər. Gərək biz də gedək hakimliyi oxuyaq. Sadəcə biabırçılıqdır. Kimə şikayət edək? Təəssüf ki, hakim həmişə haqlıdır”.  

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31