8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Vüsal İsayev: “Qələbə qazanıb xalqımızı sevindirmək üçün...”

"Oyunlar getdikcə çətinləşir. Bolqarıstanla oyunda hiss etdik ki, kim az səhv etsə, o da qələbə qazanacaq”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri minifutbol millimizin üzvü Vüsal İsayev dünya çempionatının 1/4 final mərhələsində Bolqarıstanı 3:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

O, fiziki cəhətdən yaxşı durumda olduqlarını qeyd edib: “Bolqarlar ilk hissədə qapanmışdı. Bizim fiziki hazırlığımız yüksək səviyyədədir. Dünya çempionatından əvvəl Antalyada yüksək səviyyəli təlim-məşq toplanışı keçmişik. Bunun sayəsində yarımfinala adladıq”.

V.İsayev bu gün yarımfinalda üz-üzə gələcəkləri Qazaxıstan millisi barədə də danışıb: “Avropa çempionatının yarımfinalında da onlarla qarşılaşmışdıq. Artıq finala bir şey qalmayıb. Qələbə qazanıb xalqımızı sevindirmək üçün bütün gücümüzü ortaya qoyacağıq”.

Millimizin üzvü matça tam heyətlə çıxacaqlarını vurğulayıb: “Komandamızda zədəli oyunçu yoxdur. Bu hal bizim üçün üstünlükdür. Rəqibin heyətində isə səhv etmirəmsə, 2 cəzalı futbolçu var”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31