8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Eşqin Tağıyev: “İnanıram ki, finala vəsiqə qazanan tərəf biz olacağıq”

“İlk dəfədir belə mötəbər bir turnirdə iştirak edirəm. Millidə yeni olsam da, özümü komandada çox yaxşı hiss edirəm.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri minifutbol millimizin üzvü Eşqin Tağıyev deyib.

Birləşmiş Ərəb Əmirliklərində keçirilən dünya çempionatında yarımfinala adlayan millimizin üzvü 1/4 finalda Bolqarıstana qarşı çox yaxşı çıxış etdiklərini bildirib: “Qolumda ağrılar var, 2 yerdə tikiş vurulub. Amma bu, mənim oyunuma mane olmur. Sona qədər mübarizə aparacam. Bolqarıstanla matçda çox üstün futbol oynadıq. Oyunlara çox ciddi hazırlaşırıq. Baş məşqçinin tapşırıqlarını layiqincə yerinə yetirib bəhrəsini görürük”.

O, bu gün Qazaxıstana qarşı keçiriləcək yarımfinal matçınd da söz açıb: “Qazaxıstanlı oyuna fiziki, psixoloji olaraq hazırlaşırıq. Çox inanıram ki, finala vəsiqə qazanan tərəf biz olacağıq. Azarkeşlərimizdən sona qədər bizə dəstək olmalarını istəyirəm. Onların verdikləri motivasiyanı hər gün hiss etdirik. Belə davam etsinlər, onları sevindirəcəyik”.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31