7 May 2024, Çərşənbə axşamı
"Səbail" "Qəbələ"yə məğlub oldu
Millimizin yeni rəqibi açıqlandı
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”

Ölkə futbolu

Naxçıvanda 20 min azarkeş tutumu olan stadion köçürüləcək

Naxçıvan şəhərində 20 min azarkeş tutumu olan stadion köçürüləcək.
 
Futbolxeber.az saytının məlumatına görə, bu, Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda əksini tapıb.
 
Plana əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Gənclər və İdman Nazirliyi ilə birgə 2023-cü ildə stadionun yerində asudə vaxtın təşkili ilə bağlı kompleksin layihələndirmə işlərini həyata keçirməlidir.
 
Eyni zamanda, 2023-2024-cü illərdə Naxçıvan şəhərində böyük yaşayış komplekslərinin həyətində, parklarda və əhalinin sıx yaşadığı məhəllələrdə insanların idmanla məşğul olması, asudə vaxtın səmərəli təşkili məqsədilə sadə tipli açıq hava idman qurğularının qurulması təmin ediləcək (APA).
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31