7 May 2024, Çərşənbə axşamı
"Səbail" "Qəbələ"ə məğlub oldu
Millimizin yeni rəqibi açıqlandı
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”

Ölkə futbolu

"Neftçi"ni ilk növbədə Mutuya görə seçdim”

Bu yay "Neftçi"yə transfer olunan macarıstanlı futbolçusu Mark Tamaş ölkəsinin mətbuatına müsahibə verib.

Futbolxeber.az saytının məlumatına görə, 30 yaşlı müdafiəçi "sportal.hu"ya müsahibəsində əvvəlcə Azərbaycan klubuna keçidindən danışıb:

"Neftçi"ni ilk növbədə Adrian Mutuya görə seçdim. Əvvəl "Sepsi"də çıxış edirdim və onun komandası ilə bir neçə dəfə qarşılaşmışam. "Neftçi" ilə yanaşı, Polşanın "Slask" klubundan təklifim var idi, lakin polyakların təklifi rəhbərliyin tələblərinə uyğun deyildi. Ona görə də, həyat yoldaşım, kiçik qızım və iki itimizlə Bakıya köçdük. Klubun potensialı var və həqiqətən də "Qarabağ"ın səviyyəsinə çata bilərik".

Tamaş Bakıda yaşamağın onun üçün xoş olduğunu bildirib: “Şəhərin kənarından ev aldıq, sakit və təmiz yerdir. Uşaq bağçası ingilis dilində olduğu üçün qızımızın uyğunlaşmağında problem yoxdur. Azərbaycan xalqı çox mehribandır. Avropadakı adət-ənənələrdən fərqlilik olsa da, açıq və mehribanlıqdır. Azərbaycan mətbəxi türk mətbəxinə bənzəyir, amma quzu ətini sevmirəm. Klub bizə həftədə bir dəfə adi toyuq və balıq menyusundan yayınmağa imkan verir. Bu, mənə kifayət edir. Bakıda hələ də macar restoranı tapmamışam. Burada yaşayan çox macar tanımıram”.

Mark Tamaş Azərbaycan Premyer Liqasının 6-cı turunda "Araz-Naxçıvan"la oyunda iştirak etməməsinin səbəbini də açıqlayıb: "Qaydalara görə eyni anda 4 yerli futbolçu oynamalıdır. Müxtəlif zədələrə görə bu dəfə qaydaya əməl etməyin yeganə yolu mənim kənarda qalmağım idi. Ümid edirəm ki, lider “Zirə”yə qarşı keçirəcəyimiz növbəti görüşdə iştirak edə biləcəyəm. Ümumiyyətlə, Azərbaycan çempionatında eyni gücə malik 4-5 komanda var. Əksəriyyəti qapalı müdafiə olunur və əks-hücumlardan qol vurmağa çalışır”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31