7 May 2024, Çərşənbə axşamı
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Patrik Andrade: “Mölde”nin zəif nöqtələrini bilirik” (MÜSAHİBƏ)

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Futbolxeber.az saytına müsahibə verib. O, əvvəlcə Azərbaycan Premyer Liqasının altıncı turu çərçivəsində “Sabah”ı 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə fikirlərini bölüşüb:

- Qarşılaşma bizim üçün yaxşı keçdi. Bütün həftəni bu matça hazırlaşırdıq. Məşqçimiz bizdən yaxşı oyun və nəticə tələb edirdi. Mənə elə gəlir ki, yekun nəticə yaxşı oyun keçirdiyimizin göstəricisidir.

- Buna qədər son 2 turda “Qarabağ” xal itirirdi. Bu məqam komandada hansısa gərginlik yaratmışdı?

- Gərginlik yox idi. Meydana yalnız qələbə qazanmaq üçün çıxırıq. Təəssüflər olsun ki, həmişə istədiyimiz nəticə alınmır. Bu, futboldur. Bəzən rəqiblər bizdən yaxşı oyun nümayiş etdirir. Son həftələrdə baş məşqçi bizdən daha ciddi çalışmağı tələb edir. Odur ki, “Sabah”la matçda 3 xal qazandığımıza görə şadıq.

- Hələ də “Partizan”a üz tutan Patrik Andradeni görə bilmirik...

- Görəcəksiniz, addım-addım irəli gedirik. Ümid edirəm ki, tezliklə daha yaxşı Patriki və "Qarabağ"ı görə biləcəksiniz.

- Hazırda Premyer Liqada əvvəlki mövsümlərlə müqayisədə hansı dəyişikliklər var?

- İnkişaf var. Hazırda bütün komandalar çalışır ki, öz rəqiblərini təhlil etsinlər. Son illərdə Azərbaycan çempionatına daha yaxşı oyunçular gəldiyini müşahidə edə bilirik. Bu da çempionatın səviyyəsini qaldırır. "Sabah", "Neftçi" kimi klublara səviyyəli legionerlər gəlir.

- Qarşıda "Mölde" ilə oyun var. Bu matçdan nə gözləmək olar?

- Baş məşqçimiz rəqib haqda bizi məlumatlandırıb. Təbii ki, bu görüşə də çox ciddi hazırlaşırıq. Qrup mərhələsinə uğurla start vermək istəyirik. Çalışacağıq ki, həm yaxşı oyunla, həm də qazandığımız nəticə ilə azarkeşlərimizi sevindirək.

- Qeyd etdiyiniz ki, baş məşqçi komandanı rəqib haqda məlumatlandırıb. "Mölde"nin ən təhlükəli nöqtəsi hansıdı?

- Bəli, baş məşqçimiz rəqib haqda lazımi məlumatları çatdırıb. Detallara varmaq istəmirəm. Sadəcə deyə bilərəm ki, rəqib güclüdü. Amma hər bir komanda kimi, onların da zəif nöqtələri var. Çalışacağıq ki, bundan faydalanaq.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31