8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Zubir: “Mölde” ilə oyunda qələbə qazanacağımıza inanmalıyıq” (MÜSAHİBƏ)

“Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubirin Futbolxeber.az saytına müsahibəsi

 

- Ardıcıl 2 uğursuz oyundan sonra Premyer Liqanın VI turunda “Sabah”ı məğlub etdiz. 2:0 hesablı qələbəni necə şərh edərdiz?

- Güclü rəqiblə oyunda qələbə qazandıq. Lakin bu, heç də asan başa gəlmədi. Onlar kompakt şəkildə çıxış edirlər, fiziki olaraq çox yaxşıdırlar. Bununla belə, biz daha çox şans əldə etdik və qollar vurduq. Hesabı açdıqdan sonra “Sabah” daha çox pressinq etsə də, fərqlənən tərəf yenə də biz olduq. Bu qələbə bizi məmnun edir.

- Demək olar ki, milli komandaların oyunlarına görə yaranmış fasilə “Qarabağ”ın xeyrinə oldu?

- Fasilə müddətində ciddi şəkildə hazırlıq keçdik. Ardıcıl 2 görüşdəki xal itkisindən sonra yaxşı hazırlığa ehtiyacımız var idi. Bununla yanaşı, artıq bu həftə Avropa Liqasında vacib oyuna çıxacağıq. Bunun üçün hazır olmalı və qələbə qazanacağımıza inanmalıyıq.

- Bu qələbə “Qarabağ”ın özünəinamını geri qaytaracaq?

- Əlbəttə. Yaxşı komandaya qarşı oyunda 3 xal əldə etdik. Bu, olduqca gözəldir. İnanıram ki, bu, yeni qələbələrimizin başlanğıcı olacaq. Növbəti oyunlarda xal itirməməyə çalışacağıq.

- Avropa Liqanın ilk turunda "Mölde" ilə qarşılacaqsınız. Artıq Norveç çempionunun zəif yerlərini müəyyənləşdirmisiz?

- Avropa Liqasında hər oyun çətin keçir. Qrupdakı bütün rəqiblərimiz yüksək keyfiyyətə malikdirlər. Rəqibi təhlil edəcəyik. Qələbə qazanmağa çalışacağıq, çünki evdə oynayırıq.

- Son zamanla milliləşdirilərək Azərbaycan yığmasında çıxış edəcəyini barədə müzakirələr gedir. Buna münasibətiniz necədir?

- Bildiyiniz kimi, mən azərbaycanlı deyiləm. Mərakeşli və fransız əsilliyəm. Mənim ora getmək kimi bir seçimim də yoxdur. Yalnız "Qarabağ" barədə düşünürəm. Bütün fikrimi buraya yönəltmişəm.

- Əgər Azərbaycan millisindən rəsmi təklif olarsa, cavabınız necə olar?

- Bu barədə nəsə deyə bilmərəm. Dəqiq bir şey söyləmək olmur”.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31