8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Azərbaycan Premyer Liqasında iki rekord qeydə alınıb

Azərbaycan Premyer Liqasının VI turunda iki rekord qeydə alınıb.
 
Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, üç gün ərzində keçirilən 5 oyunu ümumilikdə 10950 tamaşaçı izləyib.
 
Bu, mövsümün geridə qalan hissəsi üçün yeni rekorddur. Buna qədər ən yüksək göstərici 8700 seyrçinin izlədiyi IV tura təsadüf edib.
 
Yeni rekorda son oyun günü səbəb olub. “Qarabağ” – “Sabah” matçını 4500, “Turan Tovuz” – “Qəbələ” görüşünü 4000 nəfər izləyib. Digər qarşılaşmalarda bu rəqəm aşağı olub. “Zirə” – “Sumqayıt” (500), “Kəpəz” – “Səbail” (1500) və “Araz-Naxçıvan” – “Neftçi” (450) oyunlarında ümumilikdə 2450 tamaşaçı olub.
 
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan “Qarabağ” – “Sabah” görüşündə də mövsümün rekordu gerçəkləşib. 4500 tamaşaçı toplayan oyun “Turan Tovuz” - “Səbail” matçını geridə qoyub. IV turun Tovuz şəhər stadionunda gerçəkləşən qarşılaşmasında 4300 seyrçi olub.
 
Qeyd edək ki, ümumilikdə 6 turun 29 matçını 42381 izləyici seyr edib. Orta göstərici 1461-ə bərabərdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31