7 May 2024, Çərşənbə axşamı
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi
"Səbail" "Qəbələ"yə məğlub oldu

Ölkə futbolu

Murad Musayev: "Məğlubiyyətdə mənim günahım var"

"Bu gün "Qarabağ" bizdən daha yaxşı idi. Layiqli qələbə qazandılar. Məğlubiyyətdə mənim günahım var".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 6-cı turunda "Qarabağ"a uduzduqları matçdan (0:2) sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis futbolçusu David Volkovun oyunu haqda danışıb: "Davitin çox qol imkanı olmadı. Ötən il ən çox fərqlənən cinah oyunçularımız idi. Tək onda yox, bütün oyunçularda günah var".

M.Musayev "Müdafiədə çox səhvlərə yol verirsiniz. Optimal "Sabah"ı görmək üçün nə qədər vaxt lazımdır" sualına bu cür cavab verib: "Söz verə bilmərəm. Özüm meydana çıxıb futbol oynamıram. Bilirəm ki, vəziyyəti dəyişmək üçün çox işləməliyik. Bəzi şeyləri dəyişməliyik".

Baş məşqçi bu gün sanki əvvəlki matçlardan daha sakit olmağından da söz açıb: "Nə edim? Danışanda vərəqə alıram, deyirsiz sakit deyil. Sakit duranda da məğlubiyyəti qəbul etdiyimi söyləyirsiniz".

O, komandasının uğursuz nəticələr qazanması haqda bunları deyib: "Bir qələbəyə ehtiyacımız var. "Partizan"la görüşdən sonra futbolçular məyusluqdan çıxa bilmirsə, gedib evlərində otursunlar. Futbol kişi oyunudur. Sona kimi mübarizə aparmaq lazımdır. Bu vəziyyətdən çıxmaq lazımdır. Bəhanəyə ehtiyac yoxdur. Baxın, ötən il standart vəziyyətlərdən qol buraxmırdıq, amma indi iki oyundur belə qollar vurulur bizə. Diqqətsizliyimiz var".

M.Musayev "Meydana çıxıb oynamadığınızı dediniz. Amma komandanı bu vəziyyətdən çıxarmaq da baş məşqçinin işidir" fikrinə belə münasibət bildirib: "Öz öhdəliklərimi bilirəm. Nəyi eşitmək istəyirsiz? Əlimdən gələni edəcəm ki, yaxşı nəticələr olsun. Bizimçün gedişatı dəyişmək üçün çalışacağıq. Azarkeşləri, mətbuatı başa düşürəm. Əlimdən nə gəlirsə, edəcəm. Bəhanəm yoxdur".

Baş məşqçi Ayaz Quliyevin fiziki durumunu qiymətləndirib: "Hələ tam hazır deyil. Düşünürəm ki, 20-30 dəqiqə oynamağa hazırdır. Yeni transferimiz Cesse Sekidika da hələ formasında deyil. Təlim-məşq toplanışı keçməyib. Eynilə İshak Belfodil də. Onlara özlərinə gəlməyə vaxt lazımdır. Bir-birimizi başa düşmək üçün vaxt lazımdır".Murad Musayev: "Məğlubiyyətdə mənim günahım var"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31