8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Musa Qurbanlı: "Başa düşə bilmirəm ki, top qapıdan necə keçmədi"

"Bu matçda qalib gəlməli idik. İkinci hissədə ilk yarıdan qat-qat yaxşı oynadıq. Hesab 1:1 olandan sonra qol imkanları yaratdıq. Mənim bir neçə qol şansım oldu".

Futbolxeber.az saytının "sweden.postsen"ə istinadən verdiyi məlumata görə, bu sözləri İsveçin "Yurqorden" klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı deyib.

21 yaşlı futbolçu İsveç çempionatının 23-cü turunda "Varnamo"ya 1:2 hesabı ilə məğlub olduqları oyunda əlverişli şəraitdən topu qapıya göndərə bilməməsindən də danışıb:

"Çox böyük bəxtsizlik oldu. Necə oldu ki, top qapıdan keçmədi, başa düşə bilmirəm.  Amma bu, futoboldur. Mübarizəni davam etdirməliyəm. Çətin axşam oldu. Lakin biz toparlanmalıyıq. Növbəti turda derbi matçını (AİK-ə qarşı oyun-red.) gözləyirik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31