8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Mirzov “Neftçi”dəki debütunu şərh etdi: “Bu cür rəqiblərlə görüşdə ilk qolu sən vurmalısan”

“Neftçi”nin yeni transferlərindən olan Reziuan Mirzov “Araz-Naxçıvan”la oyundan Futbolxeber.az saytına müsahibə verib.

 

- “Neftçi”nin heyətində ilk rəsmi oyuna çıxdız. “Araz-Naxçıvan”la qarşılaşmanı necə şərh edərdiz?

- Təəssüf ki, uduzduq. Halbuki birinci hissədə qol vurmaq üçün şanslarımız var idi. Bu cür rəqiblərlə görüşdə ilk qolu sən vurmalısan. Bu, çox vacibdir. Belədə rəqib irəli atılmağa məcbur olacaq, boşluqlar verəcək. Lakin biz hesabı aça bilmədik və bu da işimizi çətinləşdirdi.

- “Neftçi”dəki debütunuzu necə dəyərləndirirsiz?

- Debüt oyunum uğursuz alındı. Təbii ki, buna görə məyusam. Komandaya yeni uyğunlaşıram. Cəmi 10 gündür “Neüftçi”dəyəm. Hazırda formamı bərpa edirəm. Bilirsiz ki, komanda ilə birgə hazırlıq keçməmişəm. Amma hər gün üzərimdə çalışıram.

- Bakı və “Neftçi” barədə ilkin təəssüratlarınız necədir?

- Şəhərə hələ çıxmamışam. Ona görə Bakı barədə bir söz deyə bilmərəm. Amma komandada atmosfer əladı. Məni çox yaxşı qarşıladılar. Hər şey gözəldi. Bu gün qalib gəlsəydik, hər şey daha yaxşı olardı. Lakin hər şey irəlilədir. Bir-birimizi 3-4 gündür tanıyırıq. Qələbələrimiz gələcək.

- Keçidiniz necə alındı? Transfer pəncərəsinin sonuna yaxın “Neftçi” ilə müqavilə imzaladız...

- Əvvəldən “Neftçi” haqda məlumatım var idi. Bilirdim ki, klubun böyük tarixi var. Bu mövsüm komandanın qarşısında böyük vəzifələr var. “Spartak”ın heyətində yoxlama oyununda “Neftçi”yə qarşı çıxış etmişdim. Klub rəhbərliyi keçidimdə maraqlı oldu. Mən də təklifi məmuniyyətlə qəbul etdim. Prinsipcə, hər şey çox gözəl alındı.

- Növbəti turda “Neftçi”ni lider “Zirə” ilə çətin sınaq gözləyir. Bu komandanın çıxışını izləmisiz?

- “Zirə”nin “Sumqayıt”a qarşı keçirdiyi son oyunu tam izləyə bilmədim. Həmin vaxt məşqdə idik. Lakin epizodlara baxmışam. Görüş barədə onu deyə bilərəm ki, mütləq qalib gəlməliyik. Bu, bizim üçün çox vacibdi.

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31