7 May 2024, Çərşənbə axşamı
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi
"Səbail" "Qəbələ"yə məğlub oldu

Ölkə futbolu

Azər Bağırov: “Heç nədən qorxmuruq”

“Neftçi” adlı-sanlı klublarımızdandır. Onlara qarşı oynamaq çətindir. Yaxşı oyunçuları var. Bunları əvvəldən uşaqlara demişdik, necə oynayacağımızı bilirdik”.

Futbolxeber.az saytının məlumatıan görə, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın altımcı turunda “Neftçi”ni 1:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra deyib.

O, sona qədər mübarizə apardıqlarını bildirib: “Bəzi boşluqlar oldu, bu da həyəcandan irəli gəlirdi. Şükürlər olsun, qələbə bizim tərəfdə oldu. Sona qədər yaxşı mübarizə apardıq. Bu, mənim üçün vacib idi”.

A.Bağırov "Neftçi"nin baş məşqçisi Adrian Mutunun "10 nəfərlə müdafiə olunan komandaya qarşı oynamaq çətindir" fikrinə belə münasibət bildirib: "Adrian Mutunun fikrinə hörmətlə yanaşıram, epizodik olaraq arxada qalırdıq. Açıq futbolu xoşlayıram, 10 nəfərlə qalanda da pressinq edir, rəqibi sıxmağa çalışırdıq. Hər zaman rəqibin meydançasında oynamaq istəyirəm".

O, Abdulla Rzayevin heyətdə yer almamasını belə izah edib: "Cüzi zədəsi var. Ehtiyat etdik. İstirahət verdik ki, bərpa olunsun. 2-3 günlük yüngül zədəsi var. Risklərimiz çox olacaq. Heç nədən qorxmuruq. Futbolçu bütün mövqelərdə oynamağı bacarmalıdır. Elə ola bilər ki, mərkəz müdafiəçilərimiz irəlidə oynasın. Hər kəs hər şeyə hazır olmalıdır. Bütün mövqelərdə oynamağı bacarmalıyıq".

Mütəxəssis "Qələbəyə görə mükafat olacaqmı" sualına bu cür cavab verib: "Rəhbərlik verəndə biləcəyik. Oyuna xüsusi hazırlığımız yox idi. Rəhbərlik hansı mükafatı versə, onunla kifayətlənəcəyik".

Bağırov qarşıdakı görüşlərdə maksimum nəticə qazanmağa çalışacaqlarını qeyd edib: "Hansısa mövqe düşünmürəm. Bu günlə yaşayıb, sabaha baxıram. Hansı pillədə olacağımızı sonda biləcəyik. Maksimumu etməyə çalışırıq".

O, "Azərbaycanın ən köklü klubuna qalib gəldiniz. Nə hiss edirsiniz" sualını da cavablandırıb: "Ciddi nəsə yoxdur. Qolda da çox sevinmədim. Mənim üçün vacib olan nəticədir. Hər oyun özümə dərs verirəm ki, nələrisə daha yaxşı etmək olar. "Neftçi"ni udduq və ya "Qarabağ"a uduzduq fərq etməz. Bu gün kimisə məğlub etmək mənə şöhrət gətirmir. Vacib olan komandamın qələbəsidir".

A.Bağırov sonda futbolçusu Vadim Abdullayevin durumundan da söz açıb: "Yaxşıdır. Uzun illər idi böyük futbolda yox idi. Onu yavaş-yavaş geri qaytarırıq. Ciddi zədəsi yoxdur".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31