7 May 2024, Çərşənbə axşamı
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Azərbaycan çempionatlarında əsrin rekordu

I Liqada ilk tura yekun vurulub. Sonuncu matçda daha iki klub 2023/24 mövsümündə mübarizəyə başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, bununla da bu çempionatda müxtəlif liqalarda iştirak edən klubların ümumi sayı 34-ə çatıb. Premyer Liqa və 1-ci liqanın hərəsində 10, 2-ci liqada 14 komanda mübarizəyə başlayıb.

Bir mövsümdə 34 klubun Azərbaycan çempionatında iştirak etməsi son 27 ilin mütləq rekordudur. 1996-cı ildən sonra belə rəqəm qeydə alınmamışdı. Sonuncu dəfə daha çox klubun olduğu 1995/96 mövsümündə 38 klub təmsil olunub.

Düzdür, 2006/07 mövsümündə 35, 2007/08 mövsümündə 34 iştirakçı mübarizəyə qoşulub. Lakin həmin çempionatların hər ikisində 27 klub start xəttinə çıxıb ki, digərləri ikinci komandalar olub.

Əgər “ikincilər”in də yer aldığı əvəzedicilər liqasını da nəzərə alışaq, bu il çempionata ümumilikdə 44 komanda çıxıb. 1993/94 mövsümündən sonra belə böyük rəqəmə təsadüf olunmayıb. 29 il əvvəl iki liqada əsas və əvəzedicilərlə birlikdə 46 iştirakçı mübarizə aparıb.

Bir sözlə, klub sayında son 27, iştirakçı sayında son 29 ilin rekordu qeydə alınıb. Hər iki göstərici 21-ci əsrin ən yüksək rəqəmidir (pfl.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31