Ölkə futbolu
Rəşad Sadıqov: “Bu cür qələbə qürurvericidir”
“İlk növbədə göstərdikləri əzmkarlığa görə futbolçularıma təşəkkür etmək istəyirəm. Azlıqda qalmağımıza baxmayaraq, göstərdikləri mübarizliyə görə onları bağrıma basıram. Bu cür qələbə qazanmaq sevindiricidir, qürurvericidir”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqanın altıncı turunda “Sumqayıt”I 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonmra deyib.
Hakimlik barədə danışmaq istəməyən R.Sadıqov transfer pəncərəsi bağlanana kimi 2 keçid üzərində çalışdıqlarını söyləyib: “Transfer pəncərəsi bağlanana qədər danışıq apardığımız oyunçular var idi. İki futbolçu götürmək istəyirdik. Təəssüf ki, alınmadı. Arıtq qış fasiləsini gözləməliyik. Geridə qalan müddətdə hazırkı heyətdən razıyam. Amma yenə də hər komanda heyətini daha da gücləndirmək istəyir”.
Mütəxəssis gücləndirmək istədiyi mövqeləri də açıqlayıb: “Bir hücumameyilli oyunçu transfer etmək istəyirdik. Hər iki cinahda, eləcə də hücumçu kimi oynamaq bacarığı olan. Eləcə də mərkəz müdafiəçisi ilə güclənmək istəyirdik. Çünki hazırda heyətimizdə 3 stopper var. Zədə, cəza olsa, problemlə üzləşə bilərik. Məşqçi işi belədir. Hər şey sən istəyən kimi gedə bilməz. Sənin boynuna düşən şəraitə uyğun ən yaxşısını etməkdir”.
R.Sadıqov Dimitrios Çantakiasın bugünkü matçda ehtiyatda qalmasını zəif oyunla əlaqələndirməyib: “Çantakias bu mövsüm çox yaxşı performans sərgiləyir. Ən çox oynayanlardan biridir. O da, Qismət Əliyev də “Zirə”də 100 oyun həddinə çatıblar. Hər ikisini təbrik edirəm. Hazırkı məqamda sərəncamımdakı hər 3 stopper mənim üçün əsas oyunçusudur. Sadəcə bu gün rotasiya elədik. Çantakiasın bu gün ehtiyatda qalması zəif oyunla bağlı deyil. Digər tərəfdən də 3 sarı vərəqəsi var idi deyə qərar gəldik ki, bu gün ehtiyatda yer alsın”.
Rəşad Sadıqov “Sumqayıt”la matçda yenidən heyətə qaytardığı İlkin Muradovun çıxışını müsbət qiymətləndirib: “İlkində bəzən ərköyünlük olur. O olmadığı halda planlarımıza uyğun meydanda yer alacaq. Bu, 15 əqiqədə də ola bilər, 90 dəqiqədə də. Bu gün yaxşı oyun sərgilədi. Məşqləri yaxşı edirdi. Aramızda xırda problemlər var idi, onları da yoluna qoyduq”.
Mütəxəssis hər mövsüm “Zirə”yə müəyyən təzyiqlər olması barədə fikrə belə münasibət bildirib: “İşlər yaxşı gedəndə müəyyən təzyiq hiss edirik. Amma hansısa qərəz olduğuna inanmıram. Bu il hakimlərimizin permormansı çox yaxşıdır. Bəlkə də mən məşqçi işlədiyim dövrdə ən yaxşı başladıqları mövsümdü. Ola bilər gələcəkdə də səhv olacaq. Bugünkü qırmızı vərəqə epizoduna baxmamışam. Bu barədə dəqiq bir söz deyə bilərəm”.
R.Sadıqov cari mövsüm hakimlərin üzərinə böyük yük düşdüyünü vurğulayıb: “Bu mövsüm çox gərgin mübarizə gedir. Komandaların hər biri çox istəklidir. Ötən illə müqayisədə komandaların hamısı inkişaf edib. Ona görə də hakimlər gərək minimum səhv etsinlər. Daha əvvəl də demişəm, bu mövsüm hakimlərin üzərinə çox böyük yük düşür”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb
-
11:57
"Formula 1": Bakıdakı yarış üçün marşalların təliminə başlanılıb
-
11:33
Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında fərqləndi
-
11:19
Cəlal Hüseynov 90 dəqiqə oynadı
-
11:08
"Mançester Yunayted" darmadağın oldu VİDEO
-
10:52
Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
-
10:46
"Lill" - "Lion" matçında 7 qol VİDEO
-
10:35
Kapitan: "Yarımfinalda favorit yoxdur"
-
10:24
"Atalanta"dan əzmkar qələbə VİDEO
-
10:13
"Traktor" səfərdə 3 xal qazandı
-
09:59
"Napoli" sonda qələbəni əldən verdi VİDEO
-
09:47
Krivotsyukun qolu kifayət etmədi
-
09:30
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
22:00
Diniyev: "Deyiləcək söz yoxdur"
-
21:41
Sxadadze ilk qələbəsini şərh etdi
-
20:55
"Səbail" "Qəbələ"yə məğlub oldu
-
18:37
Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb
-
18:06
"Səbail" - "Qəbələ": Heyətlər açıqlandı
-
17:52
Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
-
17:25
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
-
17:14
"Kocaelispor"un prezidenti Ramilin oyunundan narazı qalıb
-
16:43
Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb
-
16:09
Nazir Ülviyyə Fətəliyevanı qəbul edib