8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

"Neftçi"nin yeni transferi: "Komandada mükəmməl futbolçular toplanıb"

“Neftçi”də sözün həqiqi mənasında əla kollektivlə rastlaşdım”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu “ağ-qaralar”ın yeni transferi Lukas Melano klubun televiziyasına müsahibəsində deyib.
 
Argentinalı futbolçu komandada müsbət ab-hava olduğunu söyləyib: “Çox yaxşı insanlardır. Komandada mükəmməl futbolçular toplanıb. Bunu dərhal hiss etmək olur. Burada olduğuma görə çox xoşbəxtəm. Gözəl nəticələr əldə etmək üçün kollektiv şəklində əzmkar çalışmalıyıq. Stadionda azarkeşlərlə bir-birimizi qısa zamanda tanımağımız üçün səbirsizlənirəm. Ümid edirəm ki, uğurlu mövsüm olar və birlikdə vacib nailiyyətlər qazanarıq”.
 
30 yaşlı hücumçu “Neftçi” ilə danışıqların çox qısa çəkdiyini bildirib: “Hər şey çox tez baş verdi. Mənə zəng edib təklif olduğunu dedilər. Elə də çox vaxt yox idi. Çünki transfer bazarı artıq bağlanmaq üzrə idi. Ailəmlə, sevdiyim xanımla danışdım. Məxsus olduğum klub tərəfindən də danışıq aparmağa razılıq var idi. Bura gəlməyə çox istəkli idim. Danışığın müsbət yekunlaşması məni çox sevindirdi”.
 
O, təklif aldığı zaman Bakı klubunun sabiq oyunçusu Xorxe Korrea ilə məsləhətləşdiyini etiraf edib: “Azərbaycan, ölkə çempionatı və klub haqqında məlumatım var idi. Dostum Xorxe Korrea burada oynamışdı. Uşaq yaşlarında Argentinada birlikdə çıxış etmişik. İlk olaraq onunla əlaqə saxladım. Klub, insanlar, şəhər və çempionat haqqında çox yaxşı sözlər dedi. Bu amil qərar verməyimdə çox kömək oldu”.
 
Melano hücum və yarımmüdafiə xəttində oynamaq bacarığına malik olduğunu vurğulayıb: “Ən sevdiyim mövqe hücumun sağ cinahıdır. Sol cinahda və sırf hücumçu kimi də oynamağı bacarıram. Bununla bağlı problemim yoxdur. 4-4-2 sxemində yarımmüdafiənin sağ cinahında çıxış edə bilirəm. Məşqlərə davam etməliyəm. Hansı mövqedə oynamağıma baş məşqçi qərar verəcək. Harada oynamağıma baxmayaraq, əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam”.
 
Forvard hazırda yaxşı formada olduğunu sözlərinə əlavə edib: “Ötən həftə sabiq klubumla oyuna çıxmışam. İstirahət etmək üçün yalnız üç günüm oldu. İlk günümü ailəmlə sağollaşmağa həsr etdim. Növbəti gündə hazırlaşdım. Üçüncü günümü isə təyyarəyə minib buraya gəlməyə sərf etdim”.
 
Qeyd edək ki, Lukas Melano “Neftçi” ilə 2 illik müqavilə bağlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31