9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Neftçi”nin müdafiəçisi hərəkətinə görə üzr istədi

“Neftçi-2”nin futbolçusu Rüfət Abbasov klubun rəsmi saytına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, əvəzedicilər Liqasının 3-cü turu çərçivəsində avqustun 21-də “ASK Arena”da keçirilmiş “Sabah-2” - “Neftçi-2” oyununun 90+4-cü dəqiqəsində rəqib futbolçunu qəsdən vuraraq meydandan kənarlaşdırılan müdafiəçi kobud hərəkətinə görə üzrxahlığını bildirib:

“Səhvimi başa düşürəm. Etdiyim hərəkət peşəkar futbolçuya yaraşan hərəkət deyildi, bunu anlayıram. Matçın son dəqiqələri idi, məğlub olurduq, üstəlik, oyunum da alınmırdı. Bu səbəbdən gərgin idim və həmin an əsəblərimi cilovlaya bilmədim. Bütün komanda yoldaşlarımdan, məşqçi heyətimizdən, rəqib komandadan və şəxsən Səbuhi Qurbanovdan etdiyim hərəkətə görə üzr istəyirəm. Oyundan sonra Səbuhi ilə şəxsən görüşdüm və üzrxahlığımı bildirdim. “Neftçi”nin əsas heyətinə dəvət olunan futbolçunun bu cür hərəkətə yol verməməli olduğunu başa düşürəm. Gələcəkdə bu cür halların bir daha təkrarlanmamasına çalışacağam”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31