7 May 2024, Çərşənbə axşamı
Millimizin yeni rəqibi açıqlandı
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da

Ölkə futbolu

Rəşad Sadıqov: "Bu mövsüm son illərin ən gərgin çempionatı olacaq"

"Heç kim ilk oyunu səfərdə "Qarabağ"la qarşılaşmaq istəməzdi. Əksinə, bizim üçün yaxşı alındı. Komandamız o qədər də ideal formada deyil, amma oyun bizim üçün uğurlu oldu".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadlıqov Azərbaycan Premyer Liqasının ilk turunda səfərdə "Qarbağ"a qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

O, 1:0 hesablı qələbəni belə şərh edib: "İlk hissəni daha inamlı oynadıq. İkinci hissədə "Qarabağ" dəyişiklik etdi və daha böyük qüvvə ilə irəli atıldı. Biz daha çox rəqibi əks-hücumlarda yaxalamaq istəyirdik. Futbolçularımıza təşəkkür edirəm ki, yaxşı mübarizə apardılar. Narahatlıq vardı ki, 60-70-ci dəqiqədən sonra fiziki cəhətdən çatdırmarıq. Amma futbolçularımız xarakter nümayiş etdirdilər və sona qədər hesabı qoruya bildilər".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31