Ölkə futbolu
Samir Abasov: "Çətin şərtlər altında gözəl qələbə qazandıq”
“Bizim adımıza belə start çox xoşdu. Futbolçularımı təbrik edirəm. Çətin şərtlər altında gözəl qələbə qazandıq”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının ilk turunda “Səbail”i 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
O, azarkeşləri startda sevindirə bildikləri üçün şad olduğunu qeyd edib: “Oyuna yaxşı başladıq. Nəzarət bizim tərəfimizdə idi. Lakin sonradan komandada bir qədər həyəcan var idi. Komanda üzərinə düşən işin öhdəsindən layiqincə gəldi. İlk oyun idi, azarkeşlərimizi sevindirdiyimiz üçün şadıq”.
Dünən “Sumqayıt”ın komanda üzvləri şam yeməyində bir araya gəlmişdilər. Samir Abbasov “Bəlkə bu məqam komandaya düşərli oldu” sualını belə cavablandırıb: “Ola bilər ki, bu məqamın köməyi oldu. Lakin bu gün həqiqətən çətin şərtlər altında oynadıq. Çünki bəzi futbolçular komandaya gec qoşulub. Belədə bəzi futbolçular tez yorulur və onların əvəzinə digərləri qaçmalı olurlar”.
O, Səbuhi Abdullazadənin çıxışını belə dəyərləndirib: “Birinci hissədə daha qətiyyətli olmağını istəyirdim. Bəzi məqamlarda axsayırdı. Buna görə də ona matçın gedişində lazımi tapşırıqları verirdik. Amma istənilən halda Səbuhi ən yaxşılardan biri idi”.
“Sumqayıt”ın çalışdırıcısı penalti epizodunu belə şərh edib: “VAR-a baxılır, hakimin qərarına müdaxilə edilir. Biz nəyisə öz xeyrimizə görə bilərik. Hakim qərar qəbul etdisə, deməli, penalti idi”.
Mütəxəssis komandasının cari mövsümdəki hədəfləri barədə deyib: “Bacardığımız qədər yuxarı pillələr üçün oynayacağıq. Bu il bizim kimi komandalar üçün çox çətin keçəcək. 3 komanda çempionluğa oynayırsa, deməli, ilk üçlük məlumdu və dördüncü yeri tutmaq çox çətindi”.
“Sumqayıt”ın çalışdırıcısı hücumçu Erik Sorqanın çıxışından razı qaldığını söyləyib: “Sorqa xoş təəssürat bağışladı. Mübarizə əzmi göstərdi. Penalti epizodunda da topu götürdü və bu kimi hallarda qərar dəyişmək risklidi. Hələ ki daimi penalti vuranla bağlı qərar qəbul etməmişdik”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
- Təmkin Xəlilzadə: “Hazırkı Premyer Liqada çoxundan yaxşı oynayaram”
- “Aznur”un kapitanı: “Hədəfimiz final yox, çempionluqdur”
-
20:55
"Səbail" "Qəbələ"ə məğlub oldu
-
18:37
Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb
-
18:06
"Səbail" - "Qəbələ": Heyətlər açıqlandı
-
17:52
Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
-
17:25
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
-
17:14
"Kocaelispor"un prezidenti Ramilin oyunundan narazı qalıb
-
16:43
Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb
-
16:09
Nazir Ülviyyə Fətəliyevanı qəbul edib
-
15:51
II Liqada hakim təyinatları
-
15:38
Azərbaycan üzgüçüləri Rusiyada 9 medal qazanıblar
-
15:17
Millimizin yeni rəqibi açıqlandı
-
14:49
“Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
-
14:22
Azərbaycan Basketbol Liqasında yarımfinal oyunlarının tarixləri dəqiqləşib
-
14:05
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib
-
13:53
Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib
-
13:36
Azərbaycanı Avropa çempionatlarında 22 samboçu təmsil edəcək
-
13:14
Millimizin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb
-
12:47
Azərbaycan kuboku: Final öncəsi kapitanlardan atmacalı açıqlama
-
12:28
İldar Alekperov: "Həlledici zərbələr çatışmırdı"
-
11:59
Region Liqasında yarımfinal mərhələsinin təqvimi müəyyənləşib
-
11:31
Azərbaycanlı futbolçunun komandasında qalmaqal: "5 aydır köhnəlmiş çörək yeyirik"
-
11:15
"Neftçi"nin təkrarlanan antirekordu
-
11:03
"Sumqayıt" rekordunu təkrarlayıb
-
10:52
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
-
10:36
"Qarabağ" "Neftçi" ilə oyunda rekorda imza atıb
-
10:24
"Yarımfinal daha sərt keçəcək"
-
10:11
"Qalatasaray" "Sivasspor"u darmadağın etdi VİDEO
-
09:59
“Vurduğum qoldan zövq aldım”
-
09:47
Coşqun Diniyev “Erzurumspor” üzərində qələbəyə sevindi
-
09:30
"Milan" - "Cenoa" matçında 6 qol VİDEO
-
23:25
Renat ehtiyatda qaldı komandası büdrədi
-
23:08
“Qəbələ”nin 3 futbolçusu “Səbail”ə qarşı oynamayacaq
-
22:44
Şeydayevin komandası darmadağın oldu
-
22:13
Elmar Baxşıyev: “Sabah” bəxt sayəsində qalib gəldi”
-
20:57
“Zirə” ikinci pilləyə yüksəldi, “Araz-Naxçıvan” uduzdu
-
20:20
"Zirə"dən vacib qələbə VİDEO
-
19:39
Ayxan Abbasov: "Rəhbərliyə söz vermişəm, bacarmasam, çıxıb gedəcəm"
-
19:26
Rəşad Sadıqov: "Bizim oyunlarda olan hakim qərarları göz qabağındadır"
-
19:11
Musa Qurbanlının komandası qalib gəldi
-
13:00
Rahilin komandası aşağı liqaya düşdü
-
11:51
Qara dəniz derbisini "Samsunspor" qazandı VİDEO
-
11:42
"Latsio" üçün son dəqiqə şoku VİDEO
-
11:33
"Jirona" "Barselona"nı diz çökdürdü VİDEO
-
11:24
"Real"a çempionluq gətirən qələbə VİDEO
-
11:15
Azərbaycan cüdoçuları Göygoldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
-
11:08
"Bavariya" uduzdu VİDEO
-
10:56
Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq
-
10:29
Şahruddinin inamlı oyunu qələbə gətirdi VİDEO
-
10:17
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb
-
10:00
"İnter" 29 oyundan sonra uduzdu VİDEO