7 May 2024, Çərşənbə axşamı
"Səbail" "Qəbələ"ə məğlub oldu
Millimizin yeni rəqibi açıqlandı
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”

Ölkə futbolu

4 ildən sonra Azərbaycan Premyer Liqasına qayıtdı: "Futboldan kənara çəkilmişdim”

“Keçirdiyim hissləri sözlə ifadə etmək asan deyil. Stadiona gəlmək üçün avtobusa minəndən oyun bitənə kimi həyəcanlı idim. 4 ildən sonra bu hissləri yaşamaq çox xoşdu”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Turan Tovuz”un yarımmüdafiəçisi Budaq Nəsirov deyib.

Müəyyən müddət futboldan kənarda qalan 27 yaşlı yarımmüdafiəçinin adı 4 ildən sonra ilk dəfə dünən Azərbaycan Premyer Liqasının oyununda iştirak ərizəsinə daxil edilib.

“Araz Naxçıvan”la matçı əvvəldən sona kimi ehtiyat oyunçular skamyasından izləyən Nəsirov karyerasında yeni səhifə açdığını bildirib:

“Bu hissələri yaşamaq çox xoşdu. Əslində, bir qədər tez qayıtmalı idim, maksimum 6 aydan sonra. Lakin öz səhvlərim oldu. Oynamaq istəmirdim. Futboldan kənara çəkilmişdim. Lakin indi karyeramda yeni səhifə açmışam. Keçmişdəki neqativ hallar barədə çox da danışmaq istəmirəm”.

Budaq Nəsirov hazırda yaxşı formada olduğunu vurğulayıb: “Hazırkı durumum fantastikdi. Günü-gündən hər şey yaxşıya doğru gedir. Əlimdən gələni edəcəm ki, tezliklə meydana çıxım. Komandama faydalı olmaq istəyirəm. Özümdə o gücü hiss edirəm”.

Sonda o, “Turan Tovuz”un cari mövsümdəki hədəflərindən söz açıb: “Çox iddialı danışmaq istəməzdim. Amma əminliklə deyirəm ki, biz hər oyuna qələbə üçün çıxırıq, hamı kimi. Məqsədimiz inamlı çıxışla azarkeşlərimizi sevindirməkdi. İlk dördlüyə düşmək üçün sona kimi mübarizə aparacağıq”.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31