6 May 2024, Bazar ertəsi
Millimizin yeni rəqibi açıqlandı
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da

Ölkə futbolu

PFL prezidenti açılış oyununu dəyərləndirdi: “Əfsuslar olsun ki...”

“Çox maraqlı oyun idi. Əfsuslar olsun ki, çempionatın debütantı “Araz-Naxçıvan” hələ tam hazır deyildi. Bu da matçın gedişində hiss olunurdu. Amma istənilən halda görüş gərgin və maraqlı idi”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünün açılış matçı - “Araz-Naxçıvan” - “Turan Tovuz” qarşılaşmasını dəyərləndirərkən deyib.

PFL rəhbəri cari mövsümün əvvəlki illərdən daha gərgin və maraqlı keçəcəyini bildirib:

“Bu mövsüm çempionat daha maraqlı olacaq. Özünüz də bilirsiz ki, komandaların demək olar ki, hamısı heyətini gücləndirib. Transfer bazarında klublar xeyli fəal idilər. Bu gün klubların hamısı iddialıdır”.

PFL-in fəaliyyətində hər hansı dəyişiklik olmadığını deyən E.Səmədov Premyer Liqanın sponsor məsələsinə də toxunub:

“Tək “Misli” yox, başqa namizəd də var idi. Ona görə də sponsorlarla danışıqlar bir qədər vaxt apardı. Məhz bu səbəbdən də sponsorluq müqaviləsi mövsümün startına bir neçə gün qalmış imzalandı”.  

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31