7 May 2024, Çərşənbə axşamı
Millimizin yeni rəqibi açıqlandı
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da

Ölkə futbolu

Hakimlərə “Tofiq Bəhramov mükafatı” verildi

Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Premyer Liqasının 2022/2023-ci illər mövsümündə fərqlənən referi və referi köməkçisinə “Tofiq Bəhramov mükafatı” təqdim olunub.

Futbolxeber.az saytının məlumatına görə, tədbirdə AFFA-nın baş katibi Sərxan Hacıyev və Hakimlər Komitəsinin sədri Barış Şimşek iştirak edib.

Yazılı səsvermə nəticəsində “Tofiq Bəhramov mükafatı”na referi İnqilab Məmmədov və referi köməkçisi Zeynal Zeynalov layiq görülüb.

Mükafatın əsasnaməsinə uyğun olaraq həyata keçirilmiş səsvermədə Peşəkar Futbol Liqasının prezidenti, Premyer Liqa klublarının baş məşqçiləri və kapitanları, Hakimlər Komitəsinin üzvləri və sədri və Futbol Hakimləri Birliyinin sədri iştirak ediblər.

Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin 29 yanvar 2021-ci il tarixli iclasında mövsüm ərzində fərqlənən hakimlərə təqdim olunması üçün “Tofiq Bəhramov mükafatı”nın təsis olunması barədə qərar qəbul olunub, komitənin 31 may 2021-ci il tarixli iclasında isə mükafatın əsasnaməsi təsdiqlənib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31