9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Qəbələ”yə iki oyunda 5 qol vuran Bezus: “İlk görüşdə bizə çətin anlar yaşatdılar”

“İstədiklərimizi gözlədiyimizdən asan etdik”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Kiprin “Omoniya” klubunun futbolçusu Roman Bezus “Qəbələ”ni 4:1 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə yerli mətbuata danışarkən deyib.

Keçirilən iki görüşdə Azərbaycan təmsilçisinin qapısına ümumilikdə 5 qol vuran ukraynalı hücumçu “qırmızı-qaralar” barədə müsbət fikirlər səsləndirib: “Əsas məsələ növbəti mərhələyə adlamağımız idi. “Qəbələ” çox yaxşı komandadır, onlara qarşı ciddi yanaşmaq lazım gəldi. İlk görüşdə bizə çətin anlar yaşatdılar. Cavab matçında isə iki erkən qol vurmağımız həlledici oldu”.

Ukrayna millisinin 33 yaşlı forvardı Qəbələdə het-trik, Nikosiyada isə dubl etməsinə münasibət bildirib: “Futbolda sıfırdan qəhrəmana çevrilə və qəhrəmanlıqdan sıfır dərəcəsinə düşə bilərsən. Qol vurmaq və ya assist etmək gözəl hissdir. Bu, özünəinam baxımından vacibdir. Amma mənim üçün adi haldır, qollar vurmağıma təəccüblənmirəm”.

Qeyd edək ki, ötən həftə Qəbələdə baş tutan ilk matçda “Omoniya” 3:2 hesablı qələbə qazanmışdı. “Qəbələ” avrokuboklarda mübarizəni dayandırıbsa, Kipr təmsilçisi III təsnifat mərhələsində Danimarka “Midtyullan”ına rəqib olub.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31