8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Elmar Baxşıyev: “Komandamız iddiasını göstərəcək”

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Konfrans Liqasının 2-ci təsnifat mərhələsində səfərdə Kipr "Omoniya"sına qarşı keçirdikləri cavab oyununu (1:4, ilk matç - 2:3) şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, o, matçdan sonra təşkil olunan mətbuat konfransında rəqibin layiqli qələbə qazandığını deyib:

“Ötən həftə keçirilən ilk oyunda komandamdan istədiyimi meydanda görürdüm. Həmin qarşılaşmada daha çox üstün olan tərəf biz idik. Amma bu gün “Omoniya” üstün futbol nümayiş etdirdi. Rəqib layiqli qələbə qazandı. Biz yeni komandayıq. İnanıram ki, oyunlar getdikcə komandamız iddiasını göstərəcək və yenidən qüvvəsini Konfrans Liqasında sınayacaq. Rəqibə uğurlar arzulayıram”.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31