8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

PFL idman jurnalistləri ilə bağlı region layihəsini davam etdirəcək

Peşəkar Futbol Liqasının idman jurnalistlərinin regionlarda keçirilən oyunları işıqlandırması üçün maddi dəstək vermək, bölgələrimizdə futbola olan azarkeş marağının daha böyük auditoriyaya çatdırılmasına nail olmaq məqsədilə ötən mövsümdən həyata keçirməyə başladığı layihə cari mövsümdə də davam etdiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə qurumun mətbuat xidməti açıqlama yayıb.

Qeyd edək ki, layihədə PFL akkreditasiyası olan onlayn və çap mediada çalışan idman jurnalistləri, eyni zamanda digər profilli (ictimai-siyasi və s.) mediada fəaliyyət göstərən idman jurnalistləri iştirak edə bilərlər.

Layihəyə qatılmaq üçün müraciət edən media mənsubları və onların əməkdaşları ilə bağlı son qərar hüququ ötən mövsüm olduğu kimi, Peşəkar Futbol Liqasına məxsusdur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31