9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Rakuv”un Bakıdakı qolunun müəllifi: “Qarabağ” “Aris”dən daha yaxşı komandadır”

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda (1:1) “Qarabağ”ın qapısına yol tapan “Rakuv”un müdafiəçisi Fran Tudor qarşılaşmadan sonra Futbolxeber.az saytına müsahibə verib.

- Bu gün qol da vurdunuz və komandanız mərhələ adladı. Əvvəlcə bu barədə təəssüratlarınızı bilmək istərdik.

- Bu barədə danışmaq çətindir. "Qarabağ" çox güclü komandadır. Oyunda adaptasiya olmaq bir qədər çətin oldu. Bu meydanda situasiya fərqli idi. Sadə görünə bilər, ancaq 2 gün içində oyuna köklənmək, hazırlaşmaq asan məsələ deyil. Səmimi desəm, bu matçda müdafiədən oynadıq. 1:1 hesab bizi qane edirdi. "Qarabağ" davamlı olaraq hücumlar edirdi, biz isə müdafiə olunurduq. Matç sonunda qazandığımız nəticə isə bizi evdə vurduğumuz bir qol hesabına növbəti mərhələyə çıxardı.

- Bakıdakı, stadiondakı atmosfer barəsində nə deyə bilərsiniz?

- Xüsusilə rəqib hesabı bərabərləşdirdikdən sonra stadion coşdu, sanki partlayış oldu. Bu vəziyyətdə bizə oynamaq çətin oldu. Komanda yoldaşlarımızı azarkeşlərin səslərinə görə eşidə bilmirdik. Əlbəttə, "Qarabağ"ı bu atmosfer daha da gücləndirirdi. Sona qədər yaxşı müdafiə olunduq. Mərhələ adlamağa layiq olduğumuzu düşünürəm.

- Üçüncü təsnifat mərhələsində rəqibinə iki oyunun nəticəsində 11 qol vuran Kiprin "Aris" klubuna qarşı oynayacaqsınız...

- "Aris" barədə nəsə demək istəmirəm. Düşünürəm ki, "Qarabağ" "Aris"dən daha yaxşı komandadır. Əlbəttə, rəqibin vurduğu 11 qola hörmətlə yanaşmaq lazımdır. Biz bu həftə ərzində həmin oyun hazırlaşmağa başlayacağıq. Şənbə günü ölkə çempionatında matçımız var. Həmin oyundan sonra "Aris"i təhlil etməyə hazır olacağıq.

- Qolu kimə həsr etdiniz?

- Təbii ki, komandaya həsr edirəm. Polşa futbolu adına tarix yazdıq. "Qarabağ"ı məğlub edən ilk Polşa klubu olduq. Qol vursam da, bunu kiməsə həsr etmirəm. Bütövlükdə komanda halında mükəmməl performans sərgilədik.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31