8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Emin Mahmudov: “Jelezniçar” öz oyunumuzla cavab verməliyik"

“Rəqibə öz oyunumuzla cavab verməliyik".

Futbolxeber.az saytının məlumatına görə, bunu “Neftçi”nin kapitanı Emin Mahmudov Bosniya və Herseqovina klubu “Jelezniçar”a qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək cavab oyunu ərəfəsində mətbuat konfransında deyib.

31 yaşlı yarımmüdafiəçi mərhələ adlayacaqlarına inandığını bildirib: “Jelezniçar”ı artıq daha yaxından tanıyırıq. Öz oyunumuzu göstərərək meydandan qələbə ilə ayrılmaq istəyirik. Rəqibin oyunçularının ilk görüşdə vaxt uzatmalarına gəlincə, hesabda önə keçdiyimiz zaman vaxt uzatmağı xoşlamıram. Nə rəqibin, nə də bizim bunu etməyimizi istərdim. Çempionat oyunlarımızda da belə hallar olub".

O, növbəti mərhələ barədə indidən düşünmədiklərini vurğulayıb: “Növbəti mərhələdə kiminlə rəqib olmağın bizim üçün fərqi yoxdur. Əsas sabahkı oyundur. İlk növbədə bu mərhələni keçək, sonra növbəti raund barədə düşünmək olar”.

Qeyd edək ki, avqustun 3-də 8-ci km qəsəbə stadionunda keçiriləcək “Neftçi” - “Jelezniçar” oyunu saat 21:00-da başlayacaq. Komandalar arasında Sarayevoda gerçəkləşən ilk matçda 2:2 hesabı qeydə alınıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31