9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Subotiç: "Top da "sözümə baxdı"

"Qırmızı-qaralar"ın 2013-2014 mövsümünün startında rənglərinə bağladığı hücumçu Daniyel Subotiç Premyer Liqanın X turu çərçivəsində keçirilən "İnter" - "Qəbələ" matçında yeganə qola imza atmaqla komandasına qələbə qazandırdı. Futbolxeber.az-ın məlumatına görə, bu, Subotiçin cari mövsümdə vurduğu 3-cü qol kimi yadda qaldı. Fərqləndiyi oyunlarda (AZAL-"Qəbələ" 1:2, "Qəbələ"-"Rəvan" 3:0) komandası qələbə qazanan forvardın bu statistikası son turda da davam etdi. Matçın ardından qarşılaşma barədə fikirlərini gabalafc.az-la bölüşən Subotiç uğurlu statistikanın davam etməsini istədiyini bildirdi: "İnter"ə qarşı yaxşı oynadığımızı düşünürəm. Bu bizim ən gözəl oyunlarımızdan biri idi. 3-cü qoluma imza atdım. Bu mənim üçün sevindirici haldır. Ən əsası odur ki, bu qol komandama qələbə qazandırdı. Düzünü desəm, qol statistikama diqqət yetirməmişdim. Artıq uğurlu statistikanı yadımda saxlayacağam və hər oyunda qol vurmaqla komandamın qələbə qazanmasına calışacağam". Subotiç uzaq məsafədən vurulan və baxımlı alınan qol barədə düşüncələrini paylaşmağı da unutmadı: "Gözəl qol alındı. Belə qollar vurmağı sevirəm. Tamamilə düşünülmüş zərbə idi, yəni top təsadüfən çərçivəyə "düşmədi". Qarşımda boşluq var idi və hədəfi açıq görürdüm. Topa qüvvətli zərbə endirdim. Top da "sözümə baxdı" və düşündüyüm traektoriya ilə çərçivəyə daxil oldu".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31