9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

"Qarabağ" afrikalı hücumçu üçün təklif göndərib

Portuqaliyanın "Maritimu" klubunun futbolçusu Diderik Joel karyerasını Azərbaycanda davam etdirə bilər.

Futbolxeber.az saytının “A Bola” nəşrinə istinadən verdiyi məlumata görə, "Qarabağ" 30 yaşlı hücumçu ilə maraqlanır.

Nəşr "Maritimu" aşağı liqaya düşdüyü üçün kamerunlu forvardın növbəti mövsüm komandada qalmayacağının dəqiq olduğunu bildirib.

Ağdam təmsilçisinin həm kluba, həm də oyunçuya təklif göndərdiyi vurğulanıb. Son qərarı Madeyra təmsilçisinin verəcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, Diderik Joel son olaraq icarə əsasında Səudiyyə Ərəbistanının "Əl-Həzm" klubunun formasını geyinib. Afrikalı hücumçu 15 matçda 7 qola imza atıb (“Report”).

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31