8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Şahin Diniyev: “Sabah yeni transferlərimizi açıqlayacağıq”

“Bu, rəhbərliklə artıq üçüncü görüşümüz idi. Klub rəhbəri mütəmadi olaraq Müşahidə Şurası ilə, bizimlə görüşür, işlərin gedişatı, hansısa çətinliyin olub-olmaması ilə maraqlanır. Hər hansı bir problem varsa, həll etməyə çalışır”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev klub rəhbərliyi ilə keçirilən son görüş barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis bildirib ki, görüş zamanı transfer çalışmaları ilə bağlı rəhbərliyə raport verib: “Səmərəli görüşümüz oldu. Mən də futbolçularla bağlı son məlumatları diqqətə çatdırdım. Futbolçularla bağlı planımız 3 etapdan ibarət idi. Əvvəlcə gedənləri müyyənləşdirməliydik. Bunu etdik. İkinci mərhələdə yerli futbolçuların transferləri nəzərdə tutulurdu. Bildiyiniz kimi, artıq bir neçə futbolçu ilə anlaşmışıq. Daha bir neçə oyunçu ilə müqavilə imzalanıb ki, sabah həmin transferləri ictimaiyyətə açıqlayacağıq. Üçüncü etap isə ən çətinidir. Söhbət leginerlərin transferindən gedir. Boş mövqeləri əcnəbilərlə gücləndirməyi planlaşdırırıq. Lakin bu, heç də asan proses deyil. Legionerin tapılması, sonra futbolçunun özü, meneceri, klubu ilə razılıq əldə etmək lazım gəlir”.

İbrahim CƏFƏROV

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31