9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Azərbaycanla oyunda qələbəni birinci hissədə təmin etməli idik”

“Azərbaycanla oyunda qələbəni birinci hissədə təmin etməli idik”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Estoniya yığmasının futbolçusu Karol Mets Azərbaycan millisi ilə 1:1 hesablı heç-heçə etdikləri AVRO-2024-ün seçmə mərhələ oyunu barədə danışarkən deyib.

Yerli mətbuata açıqlama verən 30 yaşlı mərkəz müdafiəçisi “Dalğa Arena”dakı qarşılaşmada əllərinə düşən imkanları dəyərləndirməməyin onlara baha başa gəldiyini söyləyib: “Birinci hissə bizim üstünlüyümüz şəraitində keçdi, hər şey yaxşı alınırdı. Düzgün ötürmələrlə rəqibin müdafiəsindəki boşluqları tapa bilirdik. Qol vurmaq üçün də kifayət qədər imkanlarımız oldu. Lakin bundan yararlana bilməməyimiz sonda belə nəticəyə gətirib çıxardı”.

Mets görüşün ikinci hissəsində Azərbaycan yığmasının daha yaxşı çıxış etdiyini etiraf edib: “Rəqib fasilədən dərhal sonra əvəzləmələrə əl atdı, sistemi dəyişdi. Bizdə sanki bir qədər çaşqınlıq yarandı. Həm də nəzərə alaq ki, Azərbaycan yığması evdə oynayırdı və məğlub durumda idi. Belə vəziyyətdə onların hücuma atılmaları başadüşüləndir. Ümumilikdə birinci hissəni biz, ikinci yarını isə rəqib üstün keçirdi”.

Qeyd edək ki, Estoniya yığması F qrupunun növbəti turunda iyunun 20-də Belçika millisini qəbul edəcək.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31