8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Qurban Qurbanov: "Marko və Musa ilə maraqlanırlar"

"Yankoviç və Qurbanlı ilə maraqlanırlar".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov hücumçu Musa Qurbanlının Avstriya "Zalsburq"una, yarımmüdafiəçi Marko Yankoviçin isə Rusiya "Ural"ına keçəcəyi ilə bağlı xəbərlər barəsində "CBC Sport"a açıqlamasında deyib.

51 yaşlı mütəxəssis sözügedən oyunçularla bağlı rəsmi təklif almadıqlarını bildirib: "Rəsmi olmayanda ətraflı məlumat vermirəm. Bilsək ki, yerli futbolçuların kənarda inkişaf etmək imkanı var və ölkə futboluna faydası daha çox olar, onlara gələn təkliflərə "yox" deməməyə çalışırıq. Yankoviçə gəlincə, komandamızda elə də çox oyun keçirməyib. Cəmi 1 ildir bizimlədir. Əsas oyunçularımızdan biridir. Özünə ciddi təklif ola bilər, amma klubla hər hansı danışıq olmayıb".

Transfer məsələsinə də toxunan Qurbanov hücum xəttini gücləndirmək istədiklərini söyləyib: "Keyfiyyəti də yaxşılaşdırmaq istəyirik. Hücum xəttinə minimum 2 oyunçu alınmasını istərdim. Danışıqlar davam edir, aktiv çalışırıq. Siyahıda bir çox ölkə çempionatında çıxış edən forvardların adı var".

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31