8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Orxan Məmmədov: "Estoniya ilə oyunun nəticəsi hamımızı məyus etdi"

"Zirə" klubunun və Azərbaycan Minifutbol Federasiyasının fəxri-prezidenti Orxan Məmmədov futbol üzrə milli komandamızın dünən Avro-2024-ün seçmə mərhələsində Estoniyaya qarşı keçirdiyi oyunu şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, bu gün minifutbol üzrə ölkə çempionatının mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında millimizin qələbə qazana bilməməsinin hər kəsi məyus etdiyini qeyd edib: "Milli komandamızın dünənki nəticəsi hamımızı məyus etdi. Çünki millidən həm azarkeşlər, həm də biz - futbol adamları qələbə gözləyirdik. Amma futbol böyük yanaşma tələb edir. Son mövsüm çempionatımız çox gərgin keçdi. Həm Avroliqaya vəsiqə uğrunda, həm də Premyer Liqada qalmaü uğrunda maraqlı mübarizə izlədik. İnanırıq ki, gələcəkdə millimiz uğurlu nəticələr qazanacaq. Ən azı qrupda 2-ci yer uğrunda mübarizə apara biləcək".

İbrahim CƏFƏROV

Futbolxeber.az-ın teleqram kanalına abunə olun




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31