8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Konstantin Vasilyev: “Hər iki komanda qələbə qazana bilərdi”

Estoniya millisinin kapitanı Konstantin Vasilyev Avro-2024-ün seçmə mərhələsində millimizə qarşı keçirilən oyun (1:1) barədə danışıb.

Futbolxeber.az saytına açıqlamasında 38 yaşlı futbolçu hər iki komandanın meydana qələbə üçün çıxdığını bildirib:

"Bu gün biz də, Azərbaycan millisi də qələbə qazanmaq istəyirdi. Çünki hamımız bilirik ki, qrupdakı digər rəqiblər güclüdür. Oyuna yaxşı başladıq. İlk hissədə üstün tərəf biz idik. Təəssüf ki, ikinci qolu vura bilmədik. Halbuki bunun üçün yaxşı şanslarımız var idi".

O, fasilədən sonra milli komandamızın daha yaxşı təsir bağışladığını vurğulayıb: "İkinci hissədə fərqli alındı. Bilirdik ki, hesabda geri olduğu üçün Azərbaycan millisi taktiki dəyişiklik edəcək. Belə də oldu. Təəssüf ki, ikinci 45 dəqiqənin əvvəlində təzyiq altında idik. Rəqib üstünlüyə yiyələnərək hesabı bərabərləşdirdi. Standart epizoddan qol buraxmağımız məyusedicidir. Matçın sonu qarşılıqlı hücumlar şəratində keçdi. Hər iki komanda qələbə qazana bilərdi".

İbrahim CƏFƏROV

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31