9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Estoniyalı futbolçu: "Azərbaycan millisi ilə matçlarda xallar qazana bilərik"

"Evdəki bütün qarşılaşmalarda və Azərbaycan millisi ilə matçlarda xallar qazana bilərik".

Futbolxeber.az-ın məlumatına görə, bunu Estoniya yığmasının futbolçusu Karol Mets Bakıda Azərbaycan komandasına qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan əvvəl "Sport.err.ee" saytına müsahibəsində deyib.

Almaniyanın "Sankt-Pauli" klubunda çıxış edən 30 yaşlı müdafiəçi Bakıdakı qarşılaşmanın çətin olacağını söyləyib: "Hələlik bütün diqqətimizi ilk oyuna yönəltmişik. Ötən il "Sürix"in (İsveçrə) heyətində UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin oyunu üçün Bakıda idim. Onlar evdə daha güclüdürlər. Səfərdə tamamilə fərqli görünürlər".

Qeyd edək ki, iyunun 17-də Bakıda Azərbaycan komandasının qonağı olacaq Estoniya seçməsi üç gün sonra Belçikanı qəbul edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31